Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının hakimləri açıqlandı
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin ikinci raundu çərçivəsində 6-12 aprel tarixlərində Şimali İrlandiyada keçirəcəyi oyunlarını idarə edəcək hakimlər məlum olub.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin iki oyununun baş hakimi estoniyalı hakim Triinu Laos olacaq:
6 aprel. Saat 17:00
İnver Park. Larne
Farer adaları – Azərbaycan
Hakimlər: Triinu Laos (Estoniya), Anni Koppel (Estoniya), Viktoriya Finlay (Şimali İrlandiya), Ben Mkmaster (Şimali İrlandiya)
9 aprel. Saat 17:00
İnver Park. Larne
Azərbaycan – Malta
Hakimlər: Triinu Laos (Estoniya), Anni Koppel (Estoniya), Viktoriya Finlay (Şimali İrlandiya), Ben Mkmaster (Şimali İrlandiya)
12 aprel. Saat 17:00
İnver Park. Larne
Azərbaycan – Şimali İrlandiya
Hakimlər: Yelena Medyedoviç (Serbiya), Zoriça Zuyoviç (Serbiya), Anni Koppel (Estoniya), Triinu Laos (Estoniya)
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Bizi Facebook-da izləyin