Azərbaycan millisinin Avropa çempionatında son oyunu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, Azərbaycan millisi saat 18:00-da Bolqarıstanın Albena şəhərində keçiriləcək oyunda lüksemburqlu yaşıdları ilə qarşılaşacaq. Oyunu İslandiyadan olan hakim idarə edəcək.
Avropa çempionatı, seçmə mərhələ
27 sentyabr
18:00 Lüksemburq – Azərbaycan
Baş hakim: Helgi Mikael Jonasson (İslandiya)
Baş hakimin köməkçiləri: Egill Gudvardur Gudlauqsson (İslandiya), Hristo Hadziyski (Bolqarıstan)
Dördüncü hakim: Georgi Ginçev (Bolqarıstan)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin