Uels millisində itki – Azərbaycanla oyunda olmayacaq
Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels millisi itki ilə üzləşib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, yığmanın üzvü Conni Uilyams zədələnib. “Çarlton” klubunda forma geyinən 26 yaşlı yarımmüdafiəçi Çempionşipin 12-ci turunda “Derbi” ilə keçirilən oyunda (3:0) sıradan çıxıb. Əməliyyat olunan Uilyamsın 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Uilyams noyabrın 16-da keçiriləcək Azərbaycan – Uels oyununda iştirak etməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin