Azərbaycan millisinin 2 üzvü klubunu dəyişdi

Azərbaycanın futzal millisinin iki üzvü klubunu dəyişib.

Komanda.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

“Araz-Naxçıvan”dan ayrılan Amir Şojayi Qazaxıstanın “Bayterek” klubuna keçib.Onun viza işləri həllini tapıb və futzalçı fevralın 17-də yeni komandasına qoşulacaq.

Yığmanın digər üzvü Rafael Vilela isə Rusiya “Tümen”i ilə anlaşıb. Hazırda Rusiya Super Liqasında liderlik edən komanda UEFA Çempionlar Liqasının “dördlər finalı”nda da iştirakını davam etdirir.

29 yaşlı Vilela yeni klubu ilə müqavilə imzalayıb və hazırda komandanın düşərgəsindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button