Azərbaycan millisinin 2 oyununun stadionu müəyyənləşib
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasının C qrupunda keçirəcəyi növbəti iki oyunun məkanı müəyyənləşib.
Komanda.az xəbər verir ki, oktyabrın 27-də səfərdə Farer adaları yığmasına qarşı görüş Klaksvik şəhərində yerləşən “Djupumyru” stadionunda baş tutacaq.
Ayın 31-də Monteneqro ilə ev matçı isə “Dalğa Arena”da reallaşacaq.
27 oktyabr
17:00. Farer adaları – Azərbaycan
Hakimlər: Yelena Yermolayeva, Liqa Didrike, Diana Vanaqa, Darya Voytexoviça (hamısı Latviya).
Klaksvik. “Djupumyru” stadionu.
31 oktyabr
16:00. Azərbaycan – Monteneqro
Hakimlər: Anastasiya Romanyuk, Aleksandra Vdovina, İrina Petrova, Kristina Kozoro (hamısı Ukrayna).
Bakı. “Dalğa Arena”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin