Azərbaycan millisindən Türkiyə ilə heç-heçə

Bakıda təlim-məşq toplanışını başa vuran 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Dalğa Arena”da Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 0:0 hesabı ilə başa çatıb.

Oyunun 65-ci dəqiqəsində Amin Qarayev qırmızı vərəqə alıb.

Bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk qarşılaşma 1:0 hesabı ilə Türkiyə millisinin xeyrinə nəticələnmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button