
Azərbaycan millisindən son oyunda heç-heçə
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.
Komanda.az xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası qarşı keçirilmiş qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Bu komandalar arasında iki gün əvvəl baş tutmuş oyun Türkiyə millisinin 3:1 hesablı qələbəsilə nəticələnmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin