
Azərbaycan millisindən növbəti qələbə
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi bu gün Qızıl Avropa Liqasında 3-cü turun görüşünə çıxıb.
Komanda.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində baş tutan matçda Estoniya ilə qarşılaşan yığmamız 3:0 (25:21, 25:12, 25:20) hesablı qələbə qazanıb.
Bundan əvvəl Xorvatiyanı 3:0 hesabı ilə məğlub edən qadın voleybolçularımız Slovakiya (1:3), Rumıniya (0:3) və İsveçə (0:3) məğlub olub. Yığma iyunun 2-də Avstriya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin