Azərbaycan millisindən Belarus üzərində növbəti qələbə

Bakıda təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Dalğa Arena”da Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız 2:1 hesablı qələbə qazanıb.

U-19-un qollarını 44-cü dəqiqədə Qurban Səfərov və 56-cı dəqiqədə penaltidən Nəriman Axundzadə vurub.

Bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk oyun millimizin 1:0 hesablı qələbəsilə nəticələnmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button