Azərbaycan millisindən ardıcıl ikinci qələbə

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının 1-ci seçmə mərhələsində (EBSL) ikinci oyununu keçirib.

Komanda.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Belçika yığması ilə qarşılaşıb.

İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun yetirmələrinin 11:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Ramil Əliyev 3, Comərd Baxşəliyev 2 qol vurub, Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, Amid Nəzərov, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə 1 dəfə fərqləniblər.

Komandamız ilk oyununda İngiltərə yığmasını 5:4 hesabı ilə məğlub etmişdi. Millimiz qrupdakı son matçını mayın 25-də Litva (14:15) seçməsinə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button