Azərbaycan millisi Ukrayna ilə heç-heçəyə razılaşdı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı yığmamız doğma meydanda Ukraynanın gənclərdən ibarət komandası ilə üz-üzə gəlib.

“Dalğa Arena”da baş tutan oyunda hesabı azərbaycanlı futbolçular açıblar. Amma qonaqlar buraxılan topun əvəzini çıxıblar və matç heç-heçə yekunlaşıb. Rəqib komandada hər hissənin sonunda bir futbolçunun meydandan qovulmasına baxmayaraq, millimiz bu üstünlükdən yararlana bilməyib.

Yoxlama oyunu
19 noyabr

Azərbaycan – Ukrayna 1:1
Qol:
Ozan Can Kökcü, 48 – Nazari Rusin, 65.
Baş hakim: Orxan Məmmədov
Bakı. “Dalğa Arena”.

Azərbaycan: 12. Kamran İbrahimov (22. Nicat Mehbalıyev, 46), 2. Amin Seydiyev, 3. Turan Manafov, 9. Rövlan Muradov (8. Rafael Məhərrəmli, 54), 20. Səbuhi Abdullazadə (18. Musa Qurbanlı, 54), 13. Murad Qayalı, 11. Şakir Seyidov (5. Nihad Tamazov, 90), 14. Özan Can Kökcü, 10. İsmayıl İbrahimli (k), 15. Ömər Buludov (6. Elçin Mustafayev, 46), 16. Süleyman Əhmədov (21. Barış Ekincier, 46).
Ehtiyat oyunçular: 1. Oleq Karnaux, 4. Hüseyn Seyliğli, 7. Fərid Nəbiyev, 23. Tural Bayramov, 19. Doğukan Oksuz, 17. Elvin Cəfərquliyev.
Baş məşqçi: Milan Obradoviç.
Ukrayna: 12. Vladislav Kuçeruk, 3. Aleksey Baykov, 4. Denis Popov, 5. Roman Vantux, 6. Mikola Şaparenko (k), 8. Aleksandr Nazarenko (10. Boqdan Lednev, 84), 9. Viktor Korniyenko, 11. Nazari Rusin, 16. Maksim Çex, 20. Andrey Kravçuk, 22. Sergey Buletsa (7. Vladislav Supryaqa, 67).
Ehtiyat oyunçular: 1. Ruslan Neşeret, 14. Vladislav Baboqlo, 15. Axmed Alibekov, 18. Timur Steçkov, 21. Boqdan Milovanov.
Baş məşqçi: Ruslan Rotan.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button