Azərbaycan millisi məğlubiyyətlə “evlənib”

Azərbaycan milli komandası bu gün AÇ-2020-nin seçmə mərhələsində növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv səfərdə Uels yığması ilə qarşılaşıb. Kardiff şəhər stadionunda keçirilən qarşılaşmada meydan sahibləri daha şanslı hesab olunurdu.

Azərbaycan millisi yer aldığı E qrupunda 3 oyun keçirmişdi və hamısını uduzmuşdu. Komandamız bu dəfə də oxşar aqibətlə üzləşib və ardıcıl 4-cü yenilgisini alıb.

Qrupun digər görüşündə Xorvatiya millisi səfərdə Slovakiyanın qonağı olub və darmadağınla qalib gəlib.

AÇ-2020, seçmə mərhələ, 5-ci tur

6 sentyabr

Uels – Azərbaycan 2:1
Qol: Pavel Paşayev, 26-öz qapısına. Qaret Beyl, 84 – Mahir Emreli, 59.
Baş hakim:
Farrucia Kann Trustin (Malta)

Uels: 1. Ueyn Hennessi, 3. Nil Teylor, 5. Kris Mefam, 6. Jozef Rodon, 7. Co Allen, 10. Harri Uilson, 11. Qaret Beyl (k), 14. Konnor Roberts, 18. Etan Ampadu, 19. Tom Lourens, 20. Daniel Ceyms.
Ehtiyat oyunçular: 12. Denni Uord, 21. Adam Deyvis, 2. Kris Qanter, 4. Ben Deyivs, 8. Metyu Smit, 9. Sem Vouks, 13. Kyeffer Mur, 15. Ceyms Lourens, 16. Tom Lokayer, 17. Conatan Uilyams, 22. Co Morrell, 23. Uill Uolks.
Baş məşqçi: Rayan Giqqz.
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Pavel Paşayev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 22. Cavid Hüseynov.
Baş məşqçi: Nikola Yurçeviç.

Slovakiya – Xorvatiya 0:4
Qol: Vlaşiç, 45. Perişiç, 47. Petkoviç, 72. Lovren, 89.
Baş hakim:
Feliks Brix (Almaniya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button