
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
15 yaşadək (U-15) futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 27-dən oktyabrın 5-dək Belarusun paytaxtı Minskdə UEFA İnkişaf Turnirində iştrak edəcək.
Komanda.az xəbər verir ki, milli komanda yarışa hazırlıq məqsədi ilə sentyabrın 25-26-da Bakıda təlim-məşq toplanışı keçəcək.
U-15 Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Belarus, Rusiya və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Milliyə dəvət olunan futbolçuların adlarını və oyunların təqvimini diqqətinizə çatdırırıq:
| No | Ad/Soyad | Klub |
| 1 | Bilal Hacıyev | Qarabağ |
| 2 | Murad Quluzadə | Sabah |
| 3 | Uğur Qurbanlı | Qarabağ |
| 4 | Vaqif Nəbiyev | Qarabağ |
| 5 | Ömər Fətəliyev | Qarabağ |
| 6 | Roman Fərzəli | Qarabağ |
| 7 | Əbubəkir Abdullayev | Sabah |
| 8 | Vaqif Məmmədli | Sabah |
| 9 | Cəfər Cəfərzadə | Sabah |
| 10 | Nihad Hüseynzadə | Sabah |
| 11 | Nazim Əliyev | Srvena Zvezda, Serbiya |
| 12 | Rəşad Şirməmmədli | Neftçi |
| 13 | Firdovsi Şeydayev | Sabah |
| 14 | Əli Bəşirov | Qarabağ |
| 15 | Xəzər Hüseynzadə | Sabah |
| 16 | Cavidan Əlizadə | Qarabağ |
| 17 | Tunar Əsgərzadə | Sumqayıt |
| 18 | Daniil Rəcəbov | Qarabağ |
| 19 | Rəvan Məmmədov | Sabah |
| 20 | Ömər Kosayev | Sumqayıt |
| 21 | Oqtay Mehrəliyev | Qarabağ |
| 22 | Hüseyn Mehralızadə | Sumqayıt |
| 23 | Arda Əzizli | Qarabağ |
29 sentyabr
19:00. Belarus – Azərbaycan
1 oktyabr
16:00. Azərbaycan – Rusiya
4 oktyabr
17:00. Azərbaycan – Qazaxıstan
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



