Azərbaycan millisi Türkiyə yığmasına ilk oyunda məğlub oldu

Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, millimiz “Dalğa Arena”da Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun 1:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Bu komandalar arasında növbəti oyun avqustun 30-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button