Azərbaycan millisi Türkiyə yığması ilə ikinci dəfə qarşılaşdı
Qəbələdə təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, U-15 Qəbələdə hazırlıq keçən Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə ikinci dəfə qarşılaşıb. Oyun 2:2 hesabı ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində qolları 54-cü dəqiqədə Uğur Qurbanlı və 77-ci dəqiqədə penaltidən Əli Bəşirov vurublar.
Komandalar arasında oktyabrın 28-də keçirilən ilk görüşdə Türkiyə yığması 2:0 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin