
Azərbaycan millisi Tacikistanla matçda qələbəyə sevindi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, yığma komanda Tacikistanla üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı heç-heçə yekunlaşıb – 2:2. Penaltilər seriyasında daha dəqiq oynayan Azərbaycan millisi qələbəyə sevinib.
Azərbaycanın U-17 millisi ilk matçında Belarusa 0:4, daha sonra Özbəkistana 0:2 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin