
Azərbaycan millisi sabah İslandiyaya yola düşəcək
Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya (5 sentyabr) və Ukrayna (9 sentyabr) ilə keçiriləcək oyunlar üçün təlim-məşq bazasında toplanacaq.
Komanda.az xəbər verir ki, komanda bu gün də məşqə çıxacaq.
Mahir Emreli Bakıdakı məşqdə iştirak etməyəcək. Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu Bakıya gəlməyəcək. Onun bu gün Almaniyadan Reykyavikdə milliyə qoşulacağı gözlənilir.
Milli komanda sabah saat 10:30-da çarter reysi ilə Bakıdan Reykyavikə uçacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



