Azərbaycan millisi ruslara da uduzdu
Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub.
U-17 turnirdə növbəti oyununu fevralın 22-də Özbəkistanın 18 yaşadək futbolçulardan ibarət komandasına qarşı keçirəcək.
Milli ilk matçında Belarusun U-18 komandasına yenilib – 0:2.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin