Azərbaycan millisi Rumıniya ilə heç-heçə edib

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsindəki üçüncü oyununda heç-heçə edib.

Komanda.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda Rumıniya ilə üz-üzə gəlib. Rumıniyanın Buftya şəhərində təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Əlibəy Mahmudov 82-ci dəqiqədə fərqlənib.

U-17 daha əvvəl Yunanıstana üç, Macarıstana isə dörd cavabsız qolla məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button