Azərbaycan millisi qran-prini 3 medalla başa vurub
Azərbaycan cüdo millisi Avstriyanın Linz şəhərində keçirilən qran-pri turnirini üç medalla başa vurub.
Komanda.az xəbər verir ki, yarışa 12 idmançı ilə yollanan komanda 2 gümüş, 1 bürünc medalla kifayətlənib.
Son gündə 90 kq çəki dərəcəsində iki cüdoçu mübarizəyə qoşulub. Elcan Hacıyev ilk görüşünə 1/16 finalda çıxıb və belçikalı Karel Fubertə məğlub olub.
Murad Fətiyev də yarışa 1/16 finaldan qoşulub. 24 yaşlı idmançı ispaniyalı Daniel Trinidaddan güclü olsa da, növbəti raundda büdrəyib. Fətiyev Avstriya təmsilçisi Tomas Şarfetterə uduzub.
Qran-prinin ilk iki günündə Kamran Süleymanov (66 kq) və Rəşid Məmmədəliyev (73 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal əldə ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin