Azərbaycan millisi Qazaxıstan klubunu məğlub edib

Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında üçüncü qələbəsini qazanıb.

Komanda.az Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma Qazaxıstanın ALMATA klubunu 28:20 hesabı ilə məğlub edib.

Azərbaycan millisi daha əvvəl keçirdiyi iki görüşdə də qələbə qazanıb. Komanda Özbəkistanın ROPSTTM (39:31) və OKMK (30:28) klublarını üstələyib.

Quplarda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Turnirə mayın 21-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button