
Azərbaycan millisi Niderlanda uduzub
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, yığma 1/8 final mərhələsində Niderland millisi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 4:1.
Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin