
Azərbaycan millisi Niderlanda məğlub oldu
İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib.
Komanda.az xəbər verir ki, U-19 hazırlıq çərçivəsində Niderlandın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş Niderland seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan milli komandası toplanış çərçivəsində iki gün əvvəl Şotlandiya ilə yoldaşlıq görüşündə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub. U-19 sentyabrın 9-da Uels yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin