Azərbaycan millisi Lüksemburqla qarşılaşacaq – Bu gün
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, F qrupunda yer alan yığma Lüksemburqla qarşılaşacaq.
Qrupda keçirdiyi əvvəlki iki matçında məğlub olan Samir Əliyevin yetirmələri ilk xallarını qazanmağa çalışacaqlar.
U-21 millisi ilk iki oyunda səfərdə Serbiyaya 0:2, evdə isə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.
U-21, Avropa çempionatının seçmə mərhələsi
F qrupu, 4-cü tur
17 oktyabr
18:00. Azərbaycan – Lüksemburq
Baş hakim: Dumitri Muntean (Moldova)
Bakı. “Azərsun Arena”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin