Azərbaycan millisi son oyunda da uduzdu
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Viktor Bannikov beynəlxalq turnirinin qrup mərhələsində son oyununu keçirib.
Komanda.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv Latviyadan olan həmyaşıdları ilə qarşılaşıb və növbəti məğlubiyyətini alıb.
Azərbaycan millisi qrupda ilk oyununda İsrailə 0:6, ikinci oyununda isə Ukraynaya 2:4 hesabıyla uduzub.
Viktor Bannikov turniri
29 avqust
Azərbaycan – Latviya 0:2
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin