Azərbaycan millisi “Krasnodar”ın 3-cü komandasıyla bacarmadı

Avropa çempionatının elit-raund mərhələsinə hazırlığını Antalyada davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib.  

Komanda.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv Rusiyanın “Krasnodar-3” komandası ilə qarşılaşıb. Tərəflər 1:1 hesablı heç-heçəyə razılaşıblar. Azərbaycan millisinin heyətində Sərhad Daşdəmir fərqlənib.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində növbəti oyununu yanvarın 24-də Küveytin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək. 

Yoxlama oyunu

22 yanvar

Azərbaycan U-19 – Krasnodar-3  1:1

Qol: Sərhat Daşdəmir

Azərbaycan: 1. Nicat Mehbalıyev (k), 4. İbrahim Hüseynov, 5. Rüfət Hüseynli, 26. Xəyal Muradov, 15. Vüsal Məsimov, 8. Şakir Seyidov, 7. Turan Vəlizadə, 24. Tural Bayramov, 11. İsmayıl Zülfüqarlı, 10. Kamran Quliyev, 9. Musa Qurbanlı

Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Rüstəm Samuqullin, 14. Elnur İbrahimov, 21. Zamiq Əliyev, 2. Rüstəm Nuriyev, 3. Murad Məmmədov, 13. Ruslan Qəribov, 6. İdris İnqilablı, 23. Rüfət Abdullazadə, 19. Vüsal Əsgərov, 17. Samir Qurbanov, 16. Elvin Talıbov, 18. Sərhad Daşdəmir

Baş məşqçi: Vüqar Məmməd

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button