Azərbaycan millisi İsveçrəyə də uduzdu

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan yığması növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv İsveçrənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Sumqayıt şəhər stadionunda keçirilən görüşün taleyini bir qol həll edib. Qələbəni isə qonaqlar bayram ediblər.

Azərbaycan millisi Gürcüstan, Fransa, İsveçrə, Slovakiya və Lixtenşteynlə birgə yer aldığı qrupda 5 oyundan sonra 3 xalla 5-ci sıradadı.

AÇ-2021, seçmə mərhələ

15 oktyabr

Azərbaycan U-21 – İsveçrə U-21 0:1
Qol: Nedim Bayrami, 33.
Baş hakim:
Novak Simoviç (Serbiya)

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 3. Turan Manafov, 5. Nihad Tamazov, 6. Hacıağa Hacıyev (k), 7. Fərid Nəbiyev, 10. İsmayıl İbrahimli, 17. Doğukan Öksüz, 18. Anton Krivotsyuk, 21. Barış Ekincier, 23. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 22. Nicat Mehbalıyev, 4. Səbuhi Abdullazadə, 8. Rafael Məhərrəmli, 9. Rövlan Muradov, 11. Şakir Seyidov, 13. Murad Qayalı, 14. Elvin Cəfərquliyev, 15. Hüseyn Seyliğli, 16. Süleyman Əhmədov.
Baş məşqçi: Milan Obradoviç.
İsveçrə: 21. Antoni Racioppi, 2. Yordan Lotomba, 3. Silvan Sidler, 4. Yan Bamert, 5. Jasper Van Der Verff, 6. Toni Domgjoni, 7. Dan Ndoye, 8. Bastien Toma (k), 9. Jeremi Gillemenot, 10. Nedim Bayrami, 11. Ruben Varqas.
Ehtiyat oyunçular: 1. Filipp Köhn, 13. Leo Seydu, 14. Sedrik Zesiger, 15. Yves Kayser, 16. Petar Pusic, 17. Kevin Rüegg, 18. Miro Muheim, 19. Filip Ugrinic, 20. Filip Stojilkovic.
Baş məşqçi: Mauru Lustrinell.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button