Azərbaycan millisi ilə oyundan əvvəl zədələndi
Avstriya millisinin hücumçusu Marko Arnautoviç AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan yığması ilə oyun ərəfəsində yenidən zədələnib.
Komanda.az xəbər verir ki, o, klubu “Boloniya”nın heyətində İtaliya çempionatının oyununda zədə alıb.
Arnautoviç bir müddət əvvəl zədəsini sağaltsa da, “Salernitana” ilə (2:2) matçın 65-ci dəqiqəsində meydana daxil olub və cəmi 16 dəqiqə sonra əvəzlənib. Buna onun yenidən zədələnməsi səbəb olub.
34 yaşlı futbolçu Avstriya millisinə çağırılsa da, onun Azərbaycan və Estoniya ilə oyunlarda iştirakı sual altına düşüb. Onun zədəsi ciddi olsa, baş məşqçi Ralf Ranqnik futbolçunu heyətdən uzaqlaşdıracaq.
Avstriya millisi martın 24-də Azərbaycan, 27-də isə Estoniya yığmasını Linz şəhərində qəbul edəcək.
Bizi Facebook-da izləyin