“Azərbaycan millisi ilə oyundan qələbə gözləyirik”

Haiti milli komandası sabah yoldaşlıq oyunu çərçivəsində Azərbaycan seçməsi ilə üz-üzə gələcək.

Komanda.az xəbər verir ki, yığmanın baş məşqçisi Sebastien Miqne matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

“Azərbaycanla oyundan gözləntilərimiz əlbəttə ki, qələbədir. Sonda hər zaman bir qalib olur. Qələbə istəyini komandaya aşılamağa çalışırıq. Avropada təlim-məşq toplanışının son oyunudur. Bu oyun bizim qarşıdakı seçimlərimizlə bağlı suallarımıza cavab olacaq. Rəqiblə tanışıq. Bizim skautlarımız var. Analitiklərimizlə rəqibi təhlil etmişik. Azərbaycan millisi Avropa komandasıdır. Ona görə də məlumat əldə etmək rahatdır. Mən daha çox oyunu öz komandam üzərindən düşünürəm. Azərbaycan millisi yaxşı rəqibdir. Daha bir məşqimiz olacaq. Həmin məşq bitdikdən sonra yekun heyətlə bağlı qərar verəcəm. Hər kəs oynaya bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button