Azərbaycan millisi ilə oyun üçün 23 futbolçu

Futbol üzrə Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirəcək Belarus yığmasının heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, baş məşqçi Georgi Kondratyev qarşıdakı yoxlama oyunlarına 23 futbolçu çağırıb.

İyunun 2-də Minskdəki “Dinamo” stadionunda Azərbaycanı qonaq edəcək Belarus millisi 5 gün sonra Qrodnodakı “Neman” stadionunda Syerra-Leone ilə üz-üzə gələcək.

Qeyd edək ki, Belarus – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Qapıçılar: Anton Çiçkan (BATE), Pavel Pavlyuçenko (“Rux”), Vladislav Vasilyuçek (“İsloç”);

Müdafiəçilər: Denis Polyakov (“Kayrat”, Qazaxıstan), Maksim Volodko (BATE), Kirill Peçenin (“Rux”), Nikolay Zolotov (“Kolos”, Ukrayna), Maksim Şvetsov (“Dinamo-Minsk”), Qleb Şevçenko, Ruslan Xadarkeviç (“Şaxtyor”, Soliqorsk), İqor Zayats (“Qomel”);

Yarımmüdafiəçilər: Yevgeni Yablonski (BATE), Maks Ebonq (“Astana”, Qazaxsıtan), Roman Yuzepçuk, Yevgeni Şevçenko, Denis Qreçixo (hamısı “Rux”), Vladislav Klimoviç (“Dinamo-Minsk”), Dmitri Podstrelov (“Şaxtyor”, Soliqorsk), Dmitri Antilevski (“Torpedo-BelAZ”), Yevgeni Beryozkin (“Liepaya”, Latviya), Pavel Sedko (“Dinamo-Brest”).

Hücumçular: Maksim Skavış (BATE), Andrey Solovey (“Qomel”).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button