Azərbaycan millisi ilk oyunda Serbiyaya uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Serbiyanın Subotiça şəhərində təşkil edilən beynəlxalq turnirdə ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, komandamız ilk oyunda meydan sahibi Serbiya millisi ilə qarşılaşıb.

Oyun rəqib komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Süleyman Damadayev fərqlənib.

U-19 turnirdə növbəti oyununu sentyabrın 5-də macarıstanlı yaşıdlarına qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button