Azərbaycan millisi Gürcüstanla ilk oyundan məğlub ayrıldı
Gürcüstanda təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, komandamız bu ölkənin paytaxtı Tiflisdə gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb.
Millimiz bu oyunda 1:2 hesabı ilə məğlub olub. U-17-nin qolunu 87-ci dəqiqədə penaltidən Sənan Ağalarov vurub.
Bu komandalar arasında iyunun 8-də daha bir yoxlama oyunu keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin