
Azərbaycan millisi Gürcüstana ilk oyunda məğlub oldu
Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, Gürcüstan millisi ilə qarşılaşan komandamız 2:3 hesabı ilə məğlub olub.
Millimizin heyətində 65-ci dəqiqədə penaltidən Aysun Əliyeva və 90+4-cü dəqiqədə Ayşən Əhmədova fərqlənib.
Bu komandalar arasında iyunun 14-də daha bir yoxlama oyunu keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin