Azərbaycan yığması Gürcüstana uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Gürcüstandan olan həmyaşıdları ilə qarşılaşıb. Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçirilən oyunda meydan sahibləri minimal hesabla qalib gəliblər.

Azərbaycan millisi AÇ-2021-in seçmə mərhələsinin 2-ci qrupunda Fransa, Gürcüstan, İsveçrə, Slovakiya və Lixtenşteynlə mübarizə aparır.

AÇ-2021, seçmə mərhələ

13 oktyabr

Gürcüstan – Azərbaycan 1:0
Qol: G.Quliaşvili, 42.
Hakimlər: Dmitri Dmitriyev, Denis Yemelyançikov, Anton İqnatsyuk, Denis Şerbakov (Hamısı Belarus).
Qori, Tengiz Burjanadze adına stadion.

Gürcüstan: 1. Georgi Mamardaşvili, 3. Şalva Burcanadze, 4. Luka Lokoşvili, 5. Davit Koburi, 6. Beka Dartsmeliya, 8. Davit Samurkasovi (k), 9. Nuqzar Spanderaşvili, 11. Georgi Quliaşvili, 14. Georgi Kutsiya, 18. Luka Silaqadze, 21. Luka Lakvexeliani.
Ehtiyat oyunçular: 12. Davit Kereselidze, 7. Anzor Mekvabişvili, 13. İva Gelaşvili, 15. Aleksandre Andronikaşvili, 17. Tornike Dzebniauri, 19. İrakli Azarov, 20. Sergo Kuxianidze, 22. İrakli Zaridze.
Baş məşqçi: Vasil Maysuradze.
Azərbaycan: 12. Kamran İbrahimov, 5. Nihad Tamazov (k), 6. Rüfət Əhmədov, 7. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 13. Rauf Hüseynli, 16. Turan Vəlizadə, 18. Barış Ekincier, 19. Doğukan Öksüz, 21. Emre Kaplan, 23. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 22. Nicat Mehbalıyev, 2. Hüseyn Seyliqli, 4. Mert Çelik, 9. Mustafa Yıldırım, 10. Rövlan Muradov, 11. Elvin Cəfərquliyev, 14. İdris İnqilablı, 17. Tural Bayramov, 20. Rüfət Abdullazadə.
Məşqçi: Vladimir Kozul.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button