
Azərbaycan millisi Fransa yığmasına məğlub oldu
Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu keçirib.
Komanda.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz Fransa yığmasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşü latviyalı Andris Treymanis idarə edib.
Qarşılaşma fransızların əzmkar qələbəsiylə yekunlaşıb. Beləcə, millimiz bu seçmə mərhələni 1 xalla qrup sonuncusu kimi başa vurub.
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
16 noyabr
Azərbaycan – Fransa 1:3
Qollar: Renat Dadaşov, 4 – Jan-Filipp Mateta, 17. Maqnes Akliuş, 30. Xefren Türam, 45+1.
Baş hakim: Andris Treymanis (Latviya).
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Xəyal Əliyev, 14. Elvin Bədəlov, 16. Ceyhun Nuriyev, 20. Abdulla Xaybullayev, 21. Qismət Alıyev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Səlahət Ağayev, 3. Rüfət Abbasov, 6. Səbuhi Abdullazadə, 7. Anatoli Nuriyev, 10. Nəriman Axundzadə, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 17. Rüfət Abdullazadə, 18. Cəlal Hüseynov, 19. Mustafa Əhmədzadə.
Baş məşqçi: Ayxan Abbasov.
Fransa: 23. Luka Şevalye, 2. Malo Qusto, 6. Xefren Türam, 7. Kristofer Nkunku, 9. Huqo Ekitike, 12. Maqnes Akliuş, 15. İbrahima Konate (k), 18. Uorren Zair-Emeri, 19. Jan-Filipp Mateta, 21. Lukas Hernandes, 22. Teo Hernandes.
Ehtiyat oyunçular: 1. Bris Samba, 16. Mayk Menyan, 3. Luka Din, 4. Dayo Upamekano, 5. Jül Kunde, 8. Floryan Toven, 11. Maykl Olise, 13. Nqolo Kante, 14. Rayan Şerki, 17. Vilyam Saliba, 20. Bradli Barkola.
Baş məşqçi: Didye Deşam.
Bizi Facebook-da izləyin



