“Azərbaycan millisi fiziki cəhətdən daha yaxşı təsir bağışlayır”
Futbol üzrə Qətər yığmasının baş məşqçisi Feliks Sançes Azərbaycan milli komandasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, ispan mütəxəssis bu gün Macarıstanda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qrupda keçirəcəyimiz hər bir oyun bizim üçün əhəmiyyətlidir. Azərbaycan millisi Portuqaliya ilə matçda yaxşı oyun nümayiş etdirdi. Gənc və istedadlı futbolçulara malik olduqlarını bilirik. Xüsusən, fiziki cəhətdən daha yaxşı təsir bağışlayırlar. Ancaq hər oyunun ssenarisi eyni olmur. Bizi çətin oyun gözləyir.
Futbolçularımızı inkişaf etdirmək, yüksək səviyyəyə çatdırmaq üçün qrupda keçirəcəyimiz hər bir oyun bizə əlavə təcrübə qazandıracaq. Düşünürəm ki, ilk oyunda – Lüxsemburq yığması ilə görüşdə futbolçularım çox yaxşı oynadılar. Yenə müdafiədə diqqətli olmalı, daha çox hücum futbolu nümayiş etdirməliyik. Sabah keçirəcəyimiz oyuna tam hazırıq. Bu cür oyunlar heyətdə eksperiment aparmaq baxımından məşqçilər üçün də bir fürsətdir”.
Bizi Facebook-da izləyin