Azərbaycan millisi Estoniyaya 5 cavabsız qolla qalib gəldi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə Estoniya millisi ilə qarşılaşıb.
Azərbaycan yığması 7 oyundan sonra 4 xalla 5-ci pillədə qərarlaşmışdı. 8 matçın hamısında məğlub olan Estoniya isə sonuncu – 6-cı yerdəydi.
Bu rəqiblə oyun Azərbaycan yığması üçün də uğurlu alınıb. Komandamız 5 cavabsız qolla qalib gəlib.
AÇ-2023, seçmə mərhələ
3 iyun
Estoniya – Azərbaycan 0:5
Qol: M.Qurbanlı, 3; 33. R.Abdullazadə, 49-pen. C.Nuriyev, 50. İ.Zülfüqarlı, 84.
Baş hakim: Robert İan Jenkins (Uels)
Parnu. “Parnu Rannastaadion”
Estoniya: 1. Karl Kaiser Kiidyarv, 2. Kristo Hussar, 3. Kristoffer Qrauberq Lepik, 4. Sander Aleks Liit, 6. Kristyan Pelt, 7. Robi Saarma, 8. Mihkel Yarviste (k), 10. Henri Valya, 16. Rocco Shein, 17. Mixael Şyonning-Larsen, 18. Markus Allast.
Ehtiyat oyunçular: 12. Kaur Kivila, 5. Kaspar Laur, 9. Danil Kuraksin, 13. Otto-Robert Lipp, 14. Rasmus Saar, 15. Artur Şarnin, 19. Daniil Petrunin, 20. Oliver Rass, 21. Joonas Soomre.
Baş məşqçi: Roman Kojuxovski.
Azərbaycan: 12. Əkpər Vəliyev, 2. Zamiq Əliyev, 4. Nihad Quliyev, 5. Rauf Hüseynli (k), 7. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 11. Şakir Seyidov, 13. Ceyhun Nuriyev, 16. Ədilxan Qarəhmədov, 17. Rüfət Abdullazadə, 19. Rüstəm Əhmədzadə.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 3. Arsen Ağcabəyov, 6. İldar Ələkpərov, 8. Səbuhi Abdullazadə, 14. Fərid Yusifli, 18. Abdullah Xaybullayev, 20. Rauf Əhmədov, 21. İsmayıl Sülfüqarlı, 23. Emil Səfərov.
Baş məşqçi: Milan Obradoviç.
Bizi Facebook-da izləyin