Azərbaycan millisi Ermənistanın paytaxtındakı yarışa qatılacaq?
“İrəvanda keçiriləcək Avropa çempionatında iştirak edib-etməyəcəyimizi demək tezdir”.
Komanda.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının yeni prezidenti Sahil Babayev deyib.
Babayev deyib ki, baş məşqçi, məşqçilər heyəti və idmançılarla müzakirələr aparacaqlar:
“Azərbaycan boksu üçün xeyirlisi nədirsə, o addımları atacağıq. Boksçularımız istənilən yerdə və istənilən rəqiblə görüşlərdə qələbə qazanmağa hazırdır. Hər bir boksçumuz istəyər ki, həmin yarışda qələbələr qazansın. Məşqçi heyəti ilə qiymətləndirməni aparacağıq və bundan sonra qərar verəcəyik. Yekun qərar idmançılardan və məşqçilərdən asılıdır”.
Boks üzrə Avropa çempionatının bu il 21-31 mayda keçirilməsi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin