
Azərbaycan millisi dünya kubokundan 6 medalla ayrılıb
Azərbaycanın parapauerliftinq millisi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən dünya kubokunu 6 medalla başa vurub.
Komanda.az xəbər verir ki, bu barədə Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Medallardan üçünün əyarı qızıl, üçününkü isə gümüş olub.
İdmançılardan Rəsul Zəkiyev (88 kq) bütün rəqiblərini geridə qoyaraq, biri gənclər arasındakı yarışda olmaqla iki qızıl medal qazanıb. Həmçinin, Pərvin Məmmədov (49 kq) da fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Məmmədov gümüş medal sahibi də olub.
Digər gümüş medalları Talib Zeynalov (+107 kq) və Zəhra Dadaşova (61 kq) əldə ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



