Azərbaycan millisi dünya çempionu oldu

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.

Komanda.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda finalda Macarıstan seçməsi ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında baş tutan matç yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8)və Rəvan Kərimov (10, 29) fərqləniblər.

Daha əvvəl keçirilən üçüncü yer uğrunda matçda Serbiya Monteneqronu (3:0) məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button