Azərbaycan millisi dünya çempionatına qələbə ilə start verib

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında komandalararası yarışa qələbə ilə start verib.

Komanda.az xəbər verir ki, yığma 1/8 finalda Yunanıstana qalib gəlib – 4:1.

Milli növbəti mərhələdə Qazaxıstan – Çin Taypeyi cütünün güclüsü ilə görüşəcək.

Azərbaycan millisi fərdi mübarizəni medal sıralamasında birinci pillədə başa vurub. Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə bürünc medal əldə ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button