Azərbaycan yığması Çexiyaya da uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, yığma komanda saat 20:00-da Çexiya millisi ilə qarşılaşıb. Görüş Çexiyanın Xomutov şəhərində keçirilib. Oyunu macarıstanlı hakimlər briqadası idarə edib. Bakıda 4:0 hesabıyla qələbə qazanmış çexlər doğma meydanda da 3 cavabsız qola seviniblər.

Azərbaycan millisi əvvəlki oyunda səfərdə Polşa yığmasına 0:3 hesabı ilə məğlub olub.

27 oktyabr

Futbol üzrə Avropa çempionatı, qadınlar

Çexiya – Azərbaycan 3:0
Qol:
Klara Cahinova, 27. Tereza Kreyçirikova, 52. Tereza Sevyeçkova, 64.
Baş hakim: Eszter Urban
Baş hakimin köməkçiləri: Xudit Kulçşar, Katalin Török (hamısı Macarıstan)
Dördüncü hakim: Volqa Tsiareşka (Belarus)

Çexiya: 1. Barbora Votikova, 4. Petra Bertholdova (k), 6. Eva Bartonova (2. Anna Dlaskova, 61), 7. Lusie Martinkova (9. Miroslava Mrazova, 61), 8. Jana Petrikova, 10. Katerina Svitkova (19. Simona Necidova, 72), 12. Klara Cahinova, 14. Petra Vişteynova, 17. Tereza Sevyeçkova (15. Marketa Ringelova, 72), 18. Kamilla Dubçova (11. Tereza Kreyçirikova, 46), 21. Andrea Staşkova.
Ehtiyat oyunçular: 16. Olivye Lukaşova, 23. Hana Sloupova, 3. Elişka Sonntaqova, 5. Qabriela Şlaysova, 22. Franni Çerna.
Baş məşqçi: Karel Rada.
Azərbaycan: 1. Aytac Şərifova (k), 3. Jalə Məhsimova, 4. Nigar Mirzəliyeva, 7. Vüsalə Hacıyeva, 10. Kristina Bakarandze, 13. Nərgiz Hacıyeva (20. Roza Quliyeva, 88), 15. Kamilla Məmmədova (14. Coşqunə Əliyeva, 90+1), 17. Vüsalə Seyfəddinova, 18. Alina Dorofeyeva, 21. Aysun Əliyeva (k) (19. Sona Rəhimova, 80), 23. Yeliz Acar.
Ehtiyat oyunçular: 12. Elvira Əskərzadə, 22. Nərgiz Əliyeva, 5. Ayşən Əhmədova, 6. Rövşanə Sərdarlı, 8. Nisrina Zerioul, 11. Nəslihan Bozkaya.
Baş məşqçi: Siyasət Əsgərov.

İspaniya – 13, Çexiya – 13, Polşa – 11, Moldova – 3, Azərbaycan – 0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button