
Azərbaycan millisi BƏƏ üzərində darmadağına sevindi
Bakıda təlim-məşq toplanışını davam etdirən qadınlardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, “Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin komandası ilə qarşılaşan millimiz 4:0 hesablı qələbə qazanıb.
Peritan Bozdağın dubl etdiyi oyunda komandamızın digər qollarını penaltidən Kristina Bakaranadze və Vüsalə Seyfəddinova vurub.
Bu komandalar arasında fevralın 23-də daha bir oyun keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin