Azərbaycan millisi Latviya ilə heç-heçə etdi

Bu gün Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Komanda.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komanda səfərdə Latviya yığması ilə qarşılaşıb.

Riqa şəhərindəki “Skonto” stadionunda baş tutan matçın baş hakimi maltalı Trustin Farruca Kann olub. Bu görüşdə qapılara qol vurulmayıb.

Azərbaycan millisi iyunun 10-da Bakıdakı “Liv Bona Dea Arena”da Macarıstan yığmasını qəbul edəcək.

Azərbaycan yığması bu il keçirdiyi əvvəlki yoxlama matçlarının hər ikisində – Haiti (0:3) və Belarusla (0:2) görüşlərdə uduzub.

Yoldaşlıq oyunu

7 iyun

Latviya – Azərbaycan 0:0
Baş hakim: Trustin Farrucya Kann (Malta)
Riqa, “Skonto” stadionu

Azərbaycan: 23. Rza Cəfərov, 17. Toral Bayramov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 5. Rəhman Daşdəmirov, 3. Elvin Cəfərquliyev, 6. Səbuhi Abdullazadə, 8. Emin Mahmudov (kap.), 16. Ceyhun Nuriyev, 10. Mahir Emreli, 19. Nəriman Axundzadə
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədliyev, Aydın Bayramov, Xəyal Əliyev, Zamiq Əliyev, Mert Çelik, Abbas Hüseynov, Cəlal Hüseynov, İsmayıl İbrahimli, Şahin Şahniyarov, Anatoli Nuriyev, Rauf Rüstəmli, Musa Qurbanlı, Renat Dadaşov
Baş məşqçi: Fernandu Santuş

Latviya: 23. Rihards Matreviçs, 3. Vitaliys Yaqodinskis, 21. Deniss Meļņiks, 2. Daniels Balodis, 20. Maksims Toņişevs, 16. Alvis Yaunzems, 25. Kristers Penkeviçs, 15. Dmitriys Zelenkovs, 7. Eduards Daşkeviç, 17. Lukas Vapne, 18. Marko Reqza
Ehtiyat oyunçular: 1. Krisyanis Zviedris, 12. Frenks Davids Orols, 22. Alekseys Savelyevs, 13. Raivis Andris Yurkovskis, 6. Kristers Tobers, 8. Renars Varslavans, 11. Qļebs Jaleiko, 24. Kristaps Qrabovskis, 10. Yanis İkaunieks, 9. Vladislavs Qutkovskis, 19. Bruno Melnis, 5. Antoniys Çernomordiys
Baş məşqçi: Paolo Nikolato

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button