
Azərbaycan millisi bu gün sonuncu oyununa çıxacaq
Azərbaycanın qadınlardan ibarət futbol millisi bu gün UEFA Millətlər Liqasında sonuncu matçına çıxacaq.
Komanda.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Litva yığmasını qəbul edəcək.
Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək.
Matç saat 18:00-da başlayacaq.
Monteneqro və Litva ilə eyni qrupda yer alan Azərbaycan millisi 5 xalla ikinci pillədə qərarlaşıb. Eyni xala malik Monteneqro qrup lideridirsə, sonuncu yerdə olan Litvanın xalı yoxdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


