
Azərbaycan millisi bu gün Haiti ilə qarşılaşacaq
Bu gün Azərbaycan millisi yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, Azərbaycan millisi rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək.
Qarşılaşmanı Kadir Sağlamın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək.
Oyun saat 21:45-də start götürəcək.
Fernandu Santuşun rəhbərlik etdiyi komanda üç gün sonra “Bank Respublika Arena”da Belarus millisini sınağa çəkəcək.
22 mart
21:45 Azərbaycan – Haiti
Baş hakim: Kadir Sağlam
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta
Dördüncü hakim: Fərid Hacıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



