Azərbaycan millisi Avropa üçüncüsü oldu

İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatına yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycanın sərbəst güləş üzrə yığması komanda hesabında 3-cü yeri tutub. 115 xal toplayan millimizi ikinci yerdəki Moldovadan cəmi 1 xal ayırıb. Rusiya isə 205 xalla Avropa çempionu olub.

Xatırladaq ki, komandamızın heyətində Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) qızıl, Asxab Həmzətov (92 kq) gümüş, İslam Abuyev (125 kq) isə bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button