
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatına qatılmaq üçün İspaniyaya yollanıb.
Azərbaycan Voleybol Federasiyasından Komanda.az-a verilən məlumata görə, komanda avqustun 23-də İspaniyanın paytaxtı Madriddə start götürəcək turnirdə iştirak edəcək.
Təsnifat mərhələsindən mübarizəyə başlayacaq yığmaya İqor Olefirin rəhbərlik edəcək. Komandanın meneceri isə Valeriya Romanoviç olacaq.
Avropa çempionatına avqustun 27-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin