Azərbaycan millisi Almaniyaya da biabırçı hesabla uduzdu

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, milli Almaniya yığması ilə qarşılaşıb. Xorvatiyalı Sabina Boliçin idarə etdiyi qarşılaşma yığmamızın növbəti ağır məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda Portuqaliya yığmasına da 0:6 hesabıyla uduzmuşdu.

Avropa çempionatı, qızlar U-19

5 oktyabr

Azərbaycan – Almaniya 0:6
Baş hakim: Sabina Boliç (Xorvatiya)
Baş hakimin köməkçiləri: Martina Neralic (Xorvatiya), Andreia Sousa (Portuqaliya)
Dördüncü hakim: Teresa Alise Pimenta Oliveira (Portuqaliya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button