
Azərbaycan millilərinin Avropa çempionatındakı oyunlarının tarixləri açıqlanıb
17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandalarının Avropa çempionatının seçmə mərhələsində keçirəcəkləri oyunların tarixləri açıqlanıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17 mübarizəyə 2023-cü il oktyabrın 21-də başlayacaq.
U-19-un ilk matçı noyabrın 15-də keçiriləcək.
U-17-nin oyunlarının təqvimi:
21 oktyabr
Sloveniya – Azərbaycan
24 oktyabr
Serbiya – Azərbaycan
27 oktyabr
Lüksemburq – Azərbaycan
U-19-un oyunlarının təqvimi:
15 noyabr
Bosniya və Herseqovina – Azərbaycan
18 noyabr
Niderland – Azərbaycan
21 noyabr
Azərbaycan – Lüksemburq
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin